
Cənubi Koreya XİN naziri Ço Hyun ilə ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək ikitərəfli münasibətlərin əsas mövzularını müzakirə ediblər və Koreya yarımadasının tam nüvə silahlarından təmizlənməsi istiqamətində səylərini təsdiqləyiblər. Bu barədə TASS Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.Görüş 31 iyulda baş tutub və Ço Hyunun Cənubi Koreya XİN naziri təyin edilməsindən sonra iki ölkənin xarici işlər nazirlərinin ilk görüşü olub. ABŞ-ın ziyarətindən əvvəl Ço Hyun Yaponiyanı da səfər etmişdi.Ulusum.az
Diqqət Çəkənlər
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin
Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi
Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi