AZ

DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət

22, 29 iyun və 8 iyul tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının (şəhadətnamələrinin) verilməsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat (şəhadətnamə) əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını (şəhadətnamələrini) şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəh., Binəqədi ray., Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

- 22 və 29 iyun 2025-ci il tarixlərində dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş şəxslər;

- 8 iyul 2025-ci il tarixində avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Sertifikatı (şəhadətnaməni) DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

Seçilən
22
1
azedu.az

2Mənbələr