AZ

"Spartak" bu dəfə "Fənərbağça"nın futbolçusu üçün hərəkətə keçdi

Türkiyənin "Fənərbağça" klubunun müdafiəçisi Aleksander Ciku karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Legalbet"ə istinadən məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində Moskvanın "Spartak" klubu maraqlıdır. Rusiya təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

İstanbul təmsilçisi isə 30 yaşlı futbolçunu Rusiya nəhənginə 6 milyon avro təklif edildiyi təqdirdə buraxmağa razıdır. Həmçinin, Ciku "Spartak"da ildə təxminən 2 milyon avro maaş almaq istəyir.

Keçən mövsümdə Ciku bütün yarışlarda 38 matçda iştirak edib və bir qol vurmağı bacarıb. 

Qeyd edək ki, "Spartak" klubu ötən gün "Beşiktaş"dan Jedson Fernandeşi transfer edib.

Seçilən
58
90deqiqe.az

1Mənbələr