AZ

Koreya səfiri rəqəmsal inkişaf və nəqliyyat naziri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Koreyanın ölkəmizdəki səfiri Kanq Kımqu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüşdə iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəallaşdırılması yolları və hərtərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Nəbiyev xüsusilə süni intellekt və kibertəhlükəsizlik kimi elm və texnologiya sahələrində əməkdaşlığa maraq göstərdiyini bildirib.

Tərəflər Koreya–Azərbaycan münasibətlərinə uyğun səviyyədə iqtisadi əməkdaşlığın inkişafı üçün səylər göstərmək barədə razılığa gəliblər.

Seçilən
20
hafta.az

1Mənbələr