AZ

“Bakı Metropoliteni” 239 minə 354 ədəd səsboğucu alır

ain.az, Tribuna portalına istinadən məlumat verir.

“Bakı Metropoliteni” QSC yeni tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, dünən qalibin və müsabiqəyə xərclənəcək vəsaitin məbləği məlum olub.

Belə ki, “Bakı Metropoliteni” QSC-nin “Qırmızı” və “Yaşıl” xətlərindəki şaxtalar üçün səsboğucuların satın alınması prosesini “UNIVERSAL PRO” QSC həyata keçirəcək. 354 ədəd səsboğucu üçün isə şirkətə 239 min 980 manat ödəniləcək.

Xatırladadq ki, “Bakı Metropoliteni” QSC ilə sözügeddən şirkət arasında tender razılaşmaları öncə də baş verib. Tribunainfo.az açıq mənbələrə istinadən xəbər verir ki, 2021-ci ildə metropoliten ”Koroğlu”,”Qara Qarayev”,“Sahil”,”Nizami”, D-1 dartı yarım stansiyaları və 220 saylı rayon yarımstansiyaları arası kabellərin çəkilməsi, III yeni (“Bənövşəyi”) xəttə aid “Avtovağzal”-“Xocasən Elektrik Deposu” mənzil tunellərində işıqlanma sistemi və ”8 Noyabr” stansiyasının Dizel generatoru üçün kabellərin satınalınması tenderini reallaşdırıb. “UNIVERSAL PRO” QSC bunun müqabilində “Bakı Metropoliteni”ndən 259 min 869 manat alıb.

Həmin il profnastil, metal dam örtüyü və aksesuarların satınalınması tenderində iştirak edən “UNIVERSAL PRO” metropolitendən 131 min 612 manat ödəniş alıb.

Bir il sonra, yəni 2022-ci ildə “UNIVERSAL PRO” QSC “Bakı Metropoliten”in daha bir tenderini udub. Polad boruların və sanitar qovşaq üçün ehtiyyat hissələrinin satın alınmasına görə, QSC ilə 565 min 90 manatıq satınalma müqaviləsi imzalayıb.

Qeyd edək ki, şirkətin vergi borcunun olmasına dair açıq mənbələrdə məlumatlar var. Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasına əsasən şirkətin dövlətə 235 min 633 manat vergi bocu olduğu qeyd edilir. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Bu şirkət 1998-ci ildə yaradılıb. Əvvəlcə “Universal Makina” adı ilə çıxış edib. Daha sonra isə adını dəyişərək “Universal Pro” qoyub. Lakin istər şirkətin rəsmi səhifəsi və saytında, istərsə də digər açıq mənbələrdə şirkətin rəhbərinin  kim olması barədə hər hansı məlumat yoxdur.

Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

F\rda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
tribunainfo.az

2Mənbələr