Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.
Sitat.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır.
Hadisə yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.