AZ

Xanəndə Firuz Səxavət: "Dedi ki, səhər çıxıram gedək Qaxa..." - VİDEO

“Hamımızın çox böyük itkisidir. Azərbaycan milli musiqisinin, milli mədəniyyətinin, ən əsası isə muğamımızın itkisidir. Mən deyərdim ki, Arif babayev muğamımızın ağsaqqalı idi. Düzdü onun kifayət qədər tələbələri var. Amma Arif müəllim muğamımızın klassik və bariz nümunəsi idi. Onun ölümü bizi çox sarsıtdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə, muğam ustası Firuz Səxavət Arif Babayevlə bağlı xatirələrini bölüşərkən deyib.

O, deyib ki, nə qədər ki, xalqımız və musiqimiz, muğamımız, Arif müəllimin səsi var, o qədər sənətkarımız seviləcək. Çünki Arif müəllim buna layiq bir ustaddır: 
 

“Bizim ağsaqqalımız idi, ondan bütün mövzularda məsləhət alırdıq. Keçən həftə dostum Vüqar mənə zəng edib dedi ki, Arif müəllim səni soruşur. Səhəri klinikaya getdim, onu gördüm. Vəziyyəti normal görünürdü, hətta bir az zarafatlaşdıq da. Dedi ki, "Səhər çıxıram, gedək Qaxa.." Amma səhər vəziyyəti pisləşib, geri qaytarıblar xəstəxanaya... Bu xəbər bizi çox sarsıtdı”.


Firuz Səxavət ustad sənətkarın sənətə və insanlara olan sevgisini xüsusi vurğulayıb və onun xatirəsinin daim yaşayacağını bildirib.


Aygün Hüseyn, Elcan Bəşirli, Pərviz Allahverdiyev Bizim.Media

Seçilən
21
17
bizim.media

10Mənbələr