AZ

Təyyarə qəzaya uğradı - Araşdırma aparılır

Kanadanın paytaxtı Ottavada, hava limanı yaxınlığında kiçik təyyarə qəzası baş verib.


Manset.az xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Qəza ilə bağlı hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları cəlb edilib. Lakin təyyarədə neçə nəfərin olduğu və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.

Ottava polisi, hava limanı yaxınlığındakı ərazidə baş verən qəzaya görə bəzi yolların bağlandığını açıqlayıb.

Yerli sakinlərdən biri tərəfindən çəkilmiş fotoda, təyyarənin ağacların arasında ilişib qaldığı açıq şəkildə görünür.

Seçilən
20
1
manset.az

2Mənbələr