Bu gün ABŞ-ın texnologiya nəhəngi Microsoft Corp-un bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötüb. Musavat.com hərrac məlumatlarına əsasən zəbər verir ki, buna səbəb şirkətin uğurlu nəticələr əks etdirən rüblük hesabatının açıqlanması olub.
İndiyə qədər yalnız bir şirkət bu həddə çatıb: hazırda bazar dəyəri təxminən 4,37 trilyon dollar olan Nvidia Corp.
Microsoft səhmləri bu gün axşam hərraclarında təxminən 5 faiz bahalaşıb.
Microsoft ilk dəfə 1986-cı ilin martında səhmlərini bazara çıxarıb. Şirkətin bazar dəyərini 1 trilyon dollara çatdırması üçün 8351 hərrac sessiyası, daha 1 trilyon dollar əlavə etmək üçün isə cəmi 543 sessiya keçib. 2024-cü ilin yanvarında onun dəyəri 3 trilyon dollara çatıb.