AZ

Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

"Kramatorskda ölənlərin sayı 3-ə, yaralıların sayı isə 10-a çatıb. Beşmərtəbəli binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir", - o, “Telegram”da yazıb.

Məlumata görə, zərbə nəticəsində ümumilikdə ən azı 30 evə və 13 avtomobilə ziyan dəyib.

Seçilən
25
9
report.az

9Mənbələr