AZ

İranın Zəngəzur dəhlizi sancısı: Tehranda anti-Azərbaycan qruplaşması ilə “konfrans”

İran Zəngəzur dəhlizinin açılması məsələsi ilə heç bir şəkildə barışmaq fikrində deyil.

Tribunainfo.az xəbər verir ki, Tehrandakı anti-Azərbaycan qüvvələri bununla bağlı daha bir addım atmağa hazırlaşırlar.

Belə ki, SEPAH-a bağlı “Mehr” Agentliyinin təşkilatçılığı ilə Tehranda “Zəngəzur dəhlizi: İrana qarşı geosiyasi təhdidlər və müxtəlif aktorların perspektivləri” adlı konfrans keçirəcək.Konfransın ikinci təşkilatrçısı isə Ermənistanın “Orbeli” Analitik Araşdırmalar Mərkəzidir.

Açıq mənbələrdə qeyd edilir ki, tədbirin moderatoru Mehr-in direktoru Mehdi Rəhməti olacaq. Ermənistanı isə Orbeli Mərkəzinin əməkdaşları, o cümlədən Nver Davtyan, Janna Vardanyan, Edvard Bukrajyan və Conni Melikyan təmsil edəcəklər.

Qeyd edək ki, konfransda Türkiyə və Azərbaycandan da nümayəndə olacaq. Belə ki, Türkiyə Vətənpərvərlər Partiyasının lideri Doğu Perincek və  Azərbaycandan olan ekspert Yeganə Hacıyeva bu toplantıda iştirak edəcəklər.

Maraqlı məqam odur ki, “Mehr” və “Orbeli”nin təşkil etdiyi konfransda İrandakı anti-Azərbaycan qrupunun aparıcı üzvləri də iştirak edəcəklər. Bu yaxınlarda Azərbaycanı “İranı bombalamaqda”, “Qəzza zolağına hərbi kontingent göndərməkdə” “ittiham” edən panfarsistlər başda oturdulacaq. Onlar Dariush Safarnejad, Şüeyb Bahman, Ehsan Movahedian və Mohammadreza Moradidir.

Maraqlıdır ki, İran Zəngəzur dəhlizi sancısını yaşayır və məsələni ictimai müzakirəyə çıxarmağa çalışır. Lakin birtəf davranmaqla yanaşı,  həm də anti-Azərbaycan qrupunun üzvləri ilə bu məsələni müzakirə edir. Bu da onu göstərir ki, İran mövzu ilə bağlı səmimi deyil, ənənəvi düşmənçilik xislətindən çıxış edir.

Fərda Uğur

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr