AZ

"Turan Tovuz" Türkiyədə daha iki yoxlama oyunu keçirəcək

Türkiyə təlim-məşq toplanışı çərçivəsində "Turan Tovuz" daha iki yoxlama oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi avqustun 2-də Albaniyanın “Flamurtari”, avqustun 5-də isə Mərakeşin “Vidad” komandaları ilə qarşılaşacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr