AZ

Lalə Azərtaş: Arif Babayev yaşamalı, yaratmalı adam idi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Arif Babayev yaşamalı, yaratmalı adam idi".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında aparıcı Lalə Azərtaş deyib.

O bildirib ki, Arif Babayevin ölümü Azərbaycan mədəniyyətinə, elinə, xalqına çox böyük itkidir:

"Sanki sükut var, boşluq var. Onunla kiçik bir dostluğumuz var idi. Mən bu adamın böyüklüyünü, vətən, torpaq, muğam sevgisini Ağdam səfərində daha yaxından gördüm. Əyilib ona bir parça torpaq verdim, o, onu yerə atmağa qıymayıb öpüb cibinə qoydu və Bakıya gətirdi.

Təxminən 10 gün qabaq Qaxa getməzdən öncə onunla görüşməyə getdim. İldə bir dəfə biz onunla Qaxda da görüşürdük. Çətin idi, səhhətində problem var idi. Getmə dedik. Lakin o, Qaxı da görüb vidalaşmaq istədiyini bildirdi. Sanki o hiss edirdi. Qapıdan çıxanda məni alqışlamağa başladı. Ailə üzvlərinə dedim ki, burada alqışlanmalı bir adam varsa, o da özüdür, bizi niyə alqışlayır? Dedi ki, mən sözübütöv adamları sevirəm. Lakin mən ona söz vermişdim ki, Ağdamda onun ev muzeyi yaradılsa, ora onunla birlikdə gedəcəyik. Təəssüf ki, bu qismət olmadı.

Ağdam işğaldan azad olunanda mən ona dedim ki, gözün aydın, ən böyük arzun yerinə yetdi.

O, onda dedi ki, bir arzum qalıb - Ağdama getmək. Şükür ora da getdik".

Qeyd edək ki, 87 yaşlı Xalq artisti Arif Babayev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
oxu.az

1Mənbələr