AZ

Elazığda mədən çökdü

Türkiyənin Elazığ bölgəsinin Alacakaya rayonunda mədən ocağında çökmə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, çökmə Alacakaya rayonunda fəaliyyət göstərən özəl mədən ocağında baş verib.

AFAD tərəfindən verilən açıqlamada, çökmə zamanı bir işçinin dağıntılar altında qaldığı bildirilib.

Hadisə yerinə AFAD,  təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Seçilən
6
operativmm.az

1Mənbələr