AZ

Uşaqlar neçə yaşına qədər ana südü ilə qidalanır? - Qlobal STATİSTİKA

Ana südü, uşaqların sağlam inkişafı üçün həyatın ilk illərində ən vacib qida hesab olunur. Lakin müxtəlif ölkələrdə uşaqların ana südü ilə qidalanma müddəti ciddi şəkildə fərqlənir. Bu fərqlər mədəni ənənələr, səhiyyə sistemlərinin yanaşmaları və valideyn təcrübələri ilə sıx bağlıdır.

AzEdu.az-ın araşdırmasına əsasən, Efiopiyada uşaqlar orta hesabla 2.5 yaşına qədər, yəni təxminən 30 ay ana südü ilə qidalanırlar. Somali və Tanzaniya kimi Afrika ölkələrində də bu göstərici yüksəkdir müvafiq olaraq 2.4 və 2.2 yaş.

Asiyada, məsələn Hindistan və İndoneziyada uşaqlar adətən 2 yaşına qədər süd əmirlər. Bu ölkələrdə uzunmüddətli süd vermə mədəniyyətin bir hissəsidir və analar tez-tez 24 ay və daha uzun müddət ərzində süd verirlər.

Sakit okean regionunda yerləşən Samoa da bu baxımdan diqqət çəkir. Burada uşaqlar orta hesabla 21 ay süd içirlər. Filippinlərdə isə bu rəqəm kənd yerlərində 17 aya, şəhərlərdə isə təxminən 14 aya qədər düşür.

Cənubi Amerikada Braziliyada uşaqların orta ana südü ilə bəslənmə müddəti 20 aya yaxındır. Meksikada bu müddət 1.2 yaşla məhdudlaşır.

Yaxın Şərq və Qafqaz ölkələrində vəziyyət dəyişkəndir. Türkiyədə orta müddət 17 ay, Gürcüstan və Moldova kimi ölkələrdə isə təxminən 1.5 yaşa qədərdir. Azərbaycanda isə statistik məlumatlar dəqiq olmasa da, adətən uşaqlar 1.2 ilə 1.5 yaş arasında süd qəbul etməyə davam edirlər. İranda isə bəzi bölgələrdə uşaqlar 2 yaşına qədər və ya bir qədər artıq müddətdə ana südü içir.

Avropa ölkələrində ana südü ilə qidalanma ümumiyyətlə daha erkən kəsilir. Fransada bu müddət orta hesabla 11 ay təşkil edir. Almaniyada təxminən 1 yaşa qədər, Rusiyada isə 1 ilə 1.5 yaş arasında dəyişir.

İngiltərədə isə uşaqların əksəriyyəti 6 ilə 10 ay arasında ana südündən ayrılır. Şimali Avropa ölkələri bu mənzərədə istisnadır -Norveç və İsveç kimi ölkələrdə süd vermə müddəti daha uzundur və orta hesabla 1.5, 2 yaş arasında dəyişir.

Şimali Amerikada, xüsusilə ABŞ və Kanadada isə uşaqlar adətən 1 yaşına qədər süd əmirlər, bəzən bu müddət 1.2 yaşa qədər uzanır.

Seçilən
6
azedu.az

1Mənbələr