Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində 31 nəfər ölüb, 159 nəfər xəsarət alıb.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, təkcə iyul ayında Rusiya 5100-dən çox planyorlu bombalarla, 3800-dən çox “Şahed” dronu və müxtəlif tipli təxminən 260 raketlə Ukraynaya hücum edib.
Zelenski Rusiyaya qarşı sanksiyaların effektiv olduğunu və müharibənin dayandırılması üçün bu sanksiyaların gücləndirilməli olduğunu vurğulayıb.