AZ

Hacıqabulda baş verən yol qəzası zamanı 1 nəfər ölüb, 2 si xəsarət alıb VİDEO

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Hacıqabul, 1 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulda təcili tibbi yardım maşınının dəmir arakəsməyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2-si xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən ərazisində qeydə alınıb.

Hadisə zamanı təcili tibbi yardım maşınını idarə edən Namiq Həmzəyev və avtomobildə olan həkim Əliağa Quliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların Füzuli rayon sakinləri olduqları bildirilir.

Qəza zamanı ölən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər Şöbəsinə təhvil verilib, onun şəxsiyyəti müəyyənləşdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azertag.az

1Mənbələr