AZ

"Milan" Vlahoviçə görə "Yuventus"a 10 milyon və bu futbolçusunu təklif etdi - SON DURUM

"Milan" rəhbərliyi bu yay serbiyalı ulduz hücumçu Duşan Vlahoviçin transferi ilə bağlı Turinin "Yuventus"u ilə razılığa gəlmək istəyir. 

Fanat.Az xəbər verir ki, məlumatı "La Repubblica" yayıb. 

Mənbənin məlumatına görə, Milan nəhəngi 25 yaşlı serb futbolçu üçün "qoca sinyora"ya 10 milyon avro və əlcəzairli yarımmüdafiəçi İsmael Bennaseri təklif etməyə hazırlaşır. "Yuventus" forvardı belə şərtlər altında buraxmağa razı deyil. Turin klubu Vlahoviçin satışından təxminən 60 milyon avro əldə etmək istəyir. 

Xatırladaq ki, Duşan Vlahoviç ötən mövsüm “Yuventus”un heyətində İtaliya çempionatında 29 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
19
1
fanat.az

2Mənbələr