BAKI, 1 avqust. TELEQRAF
İngiltərə "Liverpul"u 2025/26 mövsümü üçün futbolçularının forma nömrələrini açıqlayıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızılar"a yeni transfer olunan oyunçuların nömrələri də müəyyənləşib.
Mersisaydlıların heyətinə cəlb olunan futbolçulardan Miloş Kerkez "6", Florian Virtz "7", Uqo Ekitike "22", Giorgi Mamardaşvili "25", Ceremi Frimponq isə "30" nömrəli formanı seçib.
Həmçinin müdafiəçi Konor Bredli "84" nömrədən "12"yə keçib.
Qeyd edək ki, "Liverpul" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 10-da İngiltərə Superkubokunda "Kristal Pelas"a qarşı keçirəcək.