Olay.az saytına istinadən ain.az xəbər verir.
"Yaşamalı, yaratmalı idi"
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib.
OLAY yazır ki, aparıcı Lalə Azərtaş Axşam.az-a açıqlamasında onunla son görüşündən danışıb.
Göz yaşlarını saxlaya bilməyən aparıcı “Qaxı da görüb vidalaşıb. Sonuncu dəfə yanına getmişdim. Mən qapıdan çıxanda alqışladı. Yaşamalı, yaratmalı adam idi. Tez-tez xanımı bizi evə dəvət edirdi. Hər dəfə deyirdi ki, mənə Mehriban Əliyeva xüsusi diqqət ayırıb. Xalq onu sevirdi. Ona sağlığında dəyər verdik. yeri cənnət olsun” sözlərini deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.