AZ

Sərt pəhrizlər arıqladır, amma… Həkimdən xəbərdarlıq

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Bəzi pəhrizlər sağlamlığa zərərli ola bilər".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Anna Marçenko danışıb.

“Sağlamlıq üçün ən təhlükəlisi qısa müddətli və sərt məhdudiyyətli pəhrizlərdir. Onlar kəskin kalori çatışmazlığı və orqanizmdən mayenin çıxarılması hesabına sürətli arıqlamağa yönəlib”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu üsulla bir neçə həftə ərzində on kiloqrama qədər çəki itirmək mümkündür. Lakin insan əvvəlki kimi qidalanmağa başladıqda çəki geri qayıdır.

Həkim həmçinin hansısa məhsulu və ya məhsul qrupunu tamamilə rasiondan çıxarmağı nəzərdə tutan pəhrizlərə aludə olmamağı tövsiyə edib. Məsələn, ketopəhriz karbohidratla zəngin məhsullardan imtinanı nəzərdə tutur. Arıqlama effekti karbohidrat çatışmazlığı səbəbindən orqanizmin enerjini yağların parçalanması nəticəsində əldə etməsi ilə izah olunur. Lakin bu cür qidalanma ürək-damar xəstəlikləri riskini artırır, sidik və öd daşı xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər, həmçinin xolesterin səviyyəsini yüksəldir.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr