AZ

16 yaşlı məktəbli üç günə milyonçu oldu

16 yaşlı məktəbli üç günə yaratdığı “Grow a Garden” oyunundan 1 milyard rubldan çox qazanıb.

Vətəninfo.az xəbər verir ki, cəmi üç gün ərzində Roblox platformasında “Grow a Garden” adlı fermerlik simulyatoru yaradan 16 yaşlı məktəbli, bu oyun vasitəsilə 1 milyard rubldan çox gəlir əldə edib.

Oyun indiyədək 21,6 milyon oyunçu toplayıb – bu göstərici Fortnite, Dota 2 və CS2 kimi məşhur oyunların ümumi istifadəçi sayını geridə qoyur.

Layihənin uğurunu görən Yeni Zelandiyadan bir oyun studiyası artıq konsepti satın alıb. Lakin gənc proqramçı öz yaradıcılığı üzərində 50% hüququ qoruyub saxlayıb.

Bu, texnologiya dünyasında gənclərin qısa müddətdə böyük uğurlar qazanmasının daha bir bariz nümunəsidir.

Seçilən
4
veteninfo.az

1Mənbələr