AZ

"Napoli" "Yuventus"un futbolçusu ilə bağlı danışıqlara başlayıb

"Yuventus"un yarımmüdafiəçisi Fabio Miretti karyerasını İtaliya çempionatının digər top-klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, futbolçunun xidmətində A Seriyasının hazırkı çempionu "Napoli" maraqlıdır.

Ötən mövsüm "Cenoa"da icarə əsasında çıxış edən futbolçu "Napoli" ilə anlaşmağa yaxındır.

Klub satışdan 14 milyon avroya qədər gəlir əldə edəcəyini gözləyən "Qoca sinyora" ilə də danışıqlar aparır.

2024/2025 mövsümündə Fabio "Cenoa"nın heyətində 26 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə verib.

Seçilən
36
90deqiqe.az

1Mənbələr