AZ

Xarici dövlət borcunun yarısı dəyişkən faizli öhdəliklərdən ibarətdir – Maliyyə Nazirliyi

 

2025-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcunun 49,3 faizi dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklərdən, 50,7 faizi isə sabit faizli öhdəliklərdən ibarətdir. Bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilir.

Eyni tarixə xarici dövlət borcu portfelində ən böyük pay 34,9 faizlə Asiya İnkişaf Bankına (AİB) məxsusdur. 

Avrobondlar portfelin 27,7 faizini, Dünya Bankı 14,7 faizini, digər beynəlxalq və ikitərəfli kreditorlar isə 22,7 faizini təşkil edir.

Nazirlik qeyd edir ki, borc portfelinin strukturunda diversifikasiya və faiz riski baxımından nəzərdə tutulan yuxarı hədlər qorunub saxlanılıb

Gülnar

Seçilən
48
1
anews.az

2Mənbələr