Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO
Ajans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan "Mercedes" markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş. Faktla bağlı araşdırmalar davam etdirilir. Məqaləyə dair fotomateriallar:
