Türkiyənin turizm bölgəsində su böhranı yaşanır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirin turizm bölgəsi olan Çeşmədə quraqlıq səbəbiylə keçən həftədən gündəlik 7 saatlıq su kəsilməsi qərarına dəyişiklik olunub.
İzmir Su və Kanalizasiya İdarəsindən bildirilib ki, qərar bu gün Bakı vaxtilə saat 10.00-dan tətbiq olunacaq: "Qərara əsasən, yerli vaxtla saat saat 23:00- səhər saat 9:00 arasında gündəlik suyun verilişi 10 saat dayandırılacaq".
Samir MUSAYEV
MİA.AZ