Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Qurum funksioneri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərindəki “Ludoqorets Arena”da baş tutacaq.