Bu gün Xalq artisti Arif Babayev vəfat edib.
“İki sahil” xəbər verir ki, bu məqamda xanəndənin 4 il əvvəl ən böyük arzusunu reallaşdıraraq doğulduğu Ağdamın Sarıhacılı kəndini ziyarət etdiyi görüntülər yenidən gündəmə gəlib.
O, Sarıhacılı kəndinə ayaq basdıqda göz yaşlarına hakim ola bilməyərək doğma torpağını öpmüş, ölmədən Vətənə qovuşduğu üçün Allaha şükür etmişdi.