01 iyul 2025-ci il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat (76 milyard 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir.
Bu barədə Marja.az "Dövlət Borcu üzrə yarımillik Statistik Bülleten"ə istinadən xəbər verir.
Bülletendən məlum olur ki, Azərbaycan ən çox Asiya İnkişaf Bankından borc alıb.
2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
2025-ci ilin 01 iyul tarixinə Azərbaycanın Asiya İnkişaf Bankına 1 milyard 748 milyon dollar ( 2 milyard 971,6 milyon manat) borcu olub.