Bakı. Trend:
Bu ilin 1 iyul tarixi vəziyyətinə Azərbaycanın xarici dövlətborcu 5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə 130.7 milyardmanat (76.9 milyard ABŞ dolları) məbləğində proqnozlaşdırılanÜDM-in 6,5 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, hesabat dövrünə Azərbaycanın xarici dövlətborcu portfelinin 41,9 faizi büdcə kəsirinin bağlanılması üzrəhökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58,1 faiziisə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram vəlayihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Aşağıdakı cədvəldə 1 iyul 2025-ci il tarixinə dövlətqurumlarının cəlb etdiyi xarici borcun məbləğləri verilib:
Xarici dövlət borcunun icraçı qurumlar üzrəbölgüsü | 1 iyul 2025-ci il tarixinə (milyon vahid) | |
ABŞ dolları | AZN | |
CƏMİ | 5.010,7 | 8.518,2 |
Maliyyə Nazirliyi | 2.097,2 | 3.565,2 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi | 918,0 | 1.560,6 |
“Azərbaycan Dəmir Yolları” QSC | 748,3 | 1.272,1 |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi | 671,3 | 1.141,2 |
NMR Dövlət Su Ehtiyatları Agentliyi | 192,0 | 326,4 |
Kənd Təsərrüfatı Nazirliyi | 122,5 | 208,3 |
Digər | 261,4 | 444,4 |