Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 20,163 milyard dollar artıb.
Publika.az xəbər verir ki, "RİA Novosti" bu rəqəmləri "Bloomberg Milyarderlər İndeksi"nin (BBI) reytinqinə əsasən hesablayıb.
Qeyd edək ki, indeks milyarderlərin səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin səhm üzrə mənfəətə nisbətinə əsaslanır. Ümumilikdə, BBI reytinqinə dünyanın 500 ən varlı adamı və hazırda 20 Rusiya vətəndaşı daxildir, onların ümumi sərvəti avqustun 1-nə 305,58 milyard dollardır.
"Telegram” messencerinin yaradıcısı Pavel Durov ən çox gəlir əldə edib, onun sərvəti 3,27 milyard dollar artaraq 14,3 milyard dollara çatıb və o, 9-cu yeri qoruyub.
"Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin birinci yeri saxlayıb. Onun sərvəti 2,56 milyard dollar artaraq 30,4 milyard dollara çatıb.
“Lukoyl”un ortaq sahibi Vahid Ələkbərov ikinci yerdə qalır. İlin əvvəlindən onun sərvəti 1,18 milyard dollar artaraq 26,5 milyard dollara çatıb.
İlk üçlüyü “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov tamamlayır. Onun kapitalı 1,94 milyard dollar artaraq 25,2 milyarda çatıb.
“Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti 1,46 milyard dollar artaraq, hazırda 23,8 milyard dollar qiymətləndirilir. O, beşinci yerdən dördüncü yerə yüksəlib.
NLMK-nın benefisiarı Vladimir Lisinin sərvəti 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olmaqla beşinci yeri tutub.