Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.
XİN-dən Missiya.Az-a verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş
tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.