2025-ci il 01 iyul tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.
XəzərNews.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata əsasən dövlət borcu 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.
Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faiz xarici dövlət borcunun, 17.177,4 milyon manatıvə ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
Nazirliyin məlumatına görə, 2025-ci ilin birinci yarımili üzrə dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 6 faiz təşkil edib.
Xəbər 4 dəfə oxunub.