Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 14,9 %-i və ya 748,3 milyon dolları “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olub.
Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.