“Fənərbağça” PSJ-dən müdafiəçi Milan Şkrinyarın transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 30 yaşlı slovakiyalı ilə 4 illik müqavilə imzalayıb.
Ötən mövsüm müdafiəçi icarə əsasında “Fənərbağça”da çıxış edib. O, Türkiyə çempionatında 16 oyuna çıxıb, 3 qol vurub.