AZ

Bakı-Ələt-Qazax yolunda "Toyota Prado" ilə "Niva" toqquşdu - DYP-dən açılama

Sözügedən yol-nəqliyyat hadisəsi  bu gün səhər saat 8 radələrində qeydə alınıb. Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun 70.5-ci kilometrində, Salyana dönən yolda baş verib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, qəza zamanı "Toyota Prado" markalı "99 VU 090" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev Vüsal Eyvaz oğlunun idarə etdiyi nəqliyyat vasitəsi ilə "Niva" markalı "99 BM 711" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Orucov Zaman Kamal oğlunun maşını toqquşub.

"Hadisə nəticəsində "Niva"da əyləşən 2 sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə İdarənin məlumatında qeyd olunub.

***09:38

Bakı-Ələt-Qazax yolunda qəza baş verib. 

Bu barədə BAKU.WS-ə daxil olan məlumata görə, hadisə yolun Salyan rayonuna dönən hissəsində qeydə alınıb. 

Bildirilib ki, hadisə 3 avtomobilin iştirakı ilə baş verib, maşınlardan ikisi yararsız vəziyyətə düşüb. 

Ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Ərazidən kadrları təqdim edirik:

Seçilən
12
1
far.az

2Mənbələr