AZ

Əliyevin sözləri Kremli qəzəbləndirdi, iki rus hədəf alındı: Bakının silahı Moskvanı ŞOK edəcək

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kremlin əsas təbliğatçıları Vladimir Solovyov və Marqarita Simonyan III Şuşa Qlobal Media Forumunda iştirak edən TASS-ın keçmiş direktor müavini Mixail Qusman və politoloq Sergey Markovu hədəf alıblar. Onlar həmin şəxsləri foruma qatıldıqlarına görə “vətənə xəyanət”də ittiham ediblər.

Analitiklərin fikrincə, Şuşa Qlobal Media Forumu Rusiya–Ukrayna müharibəsi zamanı Moskvanın illərlə apardığı söz və silah savaşını sarsıdaraq geopolitik səhnədə yeni dönəm açdı. Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona “heç vaxt işğalla barışmayın” mesajı isə Kremlin divarlarında ciddi ideoloji çatlar yaratdı. Bütün bunlara görə, Solovyov-Simonyan ikilisi həmin forumu tənqid və Bakıya qarşı təbliğatın hədəfinə çeviriblər.

Rusiyanın Azərbaycana qarşı bu təhdidi və əks-təbliğatı nə dərəcədə effektivdir?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Rusiya Ukraynaya qarşı haqsız müharibə aparır və dinc insanların öldürülməsinə bəraət qazandırıla bilməz:

Həmçinin oxuyun:

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

“Bu müharibə, üstəlik, Rusiyanın digər ölkələrlə də münasibətlərinin pozulmasına, dövlətlərarası anlaşılmazlıqların yaranmasına gətirib çıxarır. Çünki bir səhv hərəkət yeni bir yanlışın üzə çıxmasına səbəb olur. Azərbaycan qonşu ölkələrlə münasibətində həmişə beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verib. Ona görə də heç bir halda haqsızlığı müdafiə edə bilməz. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ilə yaxın ədalətsizliklə üz-üzə qalıb və bizim haqlı mövqeyimizi müdafiə etməyiblər. Bu hissləri yaşayan bir ölkə başqa mövqe sərgiləyə bilməz. Azərbaycan Prezidenti də məhz Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistin sualına cavab verərkən məsələyə bu prizmadan yanaşıb. Rusiya tərəfinin prezidentin tövsiyəsindən bu qədər narahat olması və bütün media resurslarını ölkəmiz əleyhinə təbliğata yönəltməsi təəccüb doğurur. Rusiya özü də bilir ki, suveren dövlətin ərazisinə beynəlxalq prinsiplərə, xüsusilə, ATƏT-in dekoloqlarına zidd olaraq qəsd edib”.

Mütəllim Rəhimli

Politoloq bildirib ki, Rusiya ölkəmizə qarşı anti-təbliğat kampaniyası açıq-aydın göstərir:

“Bu ölkənin rəsmiləri də dolayı yolla etiraf edirlər ki, onlar işğalçılıqla məşğuldurlar. Əks halda, bu qədər reaksiya verməzdilər. Solovyov-Simonyan cütlüyünün və digərlərinin əks-təbliğat kampaniyası gecikmiş addımdır. Onlar Azərbaycan Respublikasının münasibətini neytrallaşdırmağa cəhd edirlər. Deməli, bizdən bir neçə addım geridədirlər. Unutmasınlar ki, ölkəmizin növbəti açıqlaması onları şok vəziyyətinə sala bilər. Azərbaycan mediası müdafiə və hücum məsələlərində heç bir dövlətin media qurumlarından geri qalmır və qarşıya qoyduğu məqsədə də nail ola bilir. Zənnimcə, indiki durumda Rusiya mediasının Azərbaycanla “müharibəyə” başlaması onlara yaxşı heç nə vəd etmir. Çünki onlar haqsızdırlar və uduzacaqlar”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
globalinfo.az

1Mənbələr