Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Ötən gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Sabah" Moldovanın "Petrokub" klubunu 4-1 hesabı ilə məğlub edib.
Bununla da paytaxt klubu iki oyunun nəticəsinə əsasən 6-1 hesabı ilə qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib. Dünənki tarixi matçın ulduzu isə Coy-Lens Mikels olub. "Sabah"ın alman hücumçusu 3 qol, 1 məhsuldar ötürmə ilə oyuna damğa vurub.
Qeyd edək ki, Coy-Lens Mikels qolla "Sabah" tarixinin ən çox qol vuran futbolçusudur. O, həmçinin paytaxt klubunun avrokuboklarda ən çox fərqlənən futbolçusu adına da sahibdir.
Bəs Coy-Lens Mikels kimdir?
"Cebheinfo.az" alman ulduzun karyerasına nəzər salıb:
Karyerasına Almaniyada başlayan ulduz futbolçu ölkəsində "Borussiya Münhenqladbax II", "Şalke 04 II ", "Alemaniya Aaxen", "Vacker Nordhausen" və "Carl Zelss Jena" kim klublarda çıxış edib. O, alman klublarında toplam 139 matçda meydana çıxıb və 32 qol vurub. Mikels ilk dəfə ölkə xaricində isə Niderlandın "MVV" komandasına çıxış edib. Burada 27 matçda forma geyinib və 7 dəfə fərqlənib.
Coy-Lens Mikels 2021-ci ildə "Sabah"a transfer olub və Bakıda karyerasının ən yaxşı dönəmini keçirib. Alman futbolçu paytaxt klubunda 2023-cü ilə qədər 63 matçda meydana çıxıb və 29 qol vurub. Vinger 2022-2023 mövsümündə 17 qolla Azərbaycan Premyer Liqasında son 12 mövsümün ən çox qol vuran avropalı legioneri kimi tarixə düşüb.
Mikels 2023-2024 mövsümündə isə Səudiyyə Ərəbistanının "Əl Feysəli" komandasına transfer olub. Burada 30 matça çıxan futbolçu sadəcə 6 dəfə fərqlənib. Lakin o, 2024-cü ildə yenidən tarix yazdığı "Sabah"a qayıdıb. 2024-2025-ci il mövsümündə Bakı klubu ilə Azərbaycan Kubokun da qalib olub. Coy-Lens Mikels hazırda da "Sabah"da yeni uğurlara imza atmağa davam edir.
Qeyd edək ki, 31 yaşlı futbolçunun mövcud dəyəri 500 min avrodur.
Elmir Mustafa
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.