AZ

Covid-19-un gizli təsirləri illər sonra ortaya çıxdı

Böyük Britaniyada aparılan yeni araşdırmalar pandemiyanın beyin sağlamlığına uzunmüddətli təsirlərini üzə çıxarıb.

Publika.az xəbər verir ki, Nottingem Universitetinin alimləri Covid-19 dövründə insanların beyinlərinin orta hesabla 5,5 ay daha tez qocaldığını müəyyən edib.

Tədqiqatçılar 15 mindən çox insanın məlumatlarını analiz edərək süni intellektlə beyin yaşlanmasını ölçüblər. Nəticələr pandemiya zamanı, hətta Covid keçirməyən insanlarda belə beyin yaşlanmasında nəzərəçarpacaq artım olduğunu göstərib.

Nevroloq Ali-Reza Mohammadi-Nejad bunun səbəbi kimi izolyasiya və qeyri-müəyyənliyi göstərib. Alimlər bu dəyişikliklərin geri dönə biləcəyini də vurğulayaraq, mühit faktorlarının beyin sağlamlığında mühüm rol oynadığını bildiriblər.

Seçilən
16
publika.az

1Mənbələr