ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib.
Axşam.az-ın məlumatına görə, sənət adamları onun ölümü ilə bağlı paylaşım ediblər.
Xalq artisti Mənsum İbrahimov "Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli xanəndə, muğam sənətimizin canlı əfsanəsi, professor Arif Babayevin vəfatı xəbəri bizi dərin kədərə boğdu. Arif Babayev Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlər göstərib, uzun illər boyu həm ifaçı, həm pedaqoq kimi neçə-neçə istedadlı gəncin yetişməsində mühüm rol oynayıb" deyə, paylaşımında yazıb.
Əməkdar artist Gülüstan Əliyeva isə xanəndəni "Azərbaycan mədəniyyətinə çox böyük itki üz verib. Azərbaycan muğamının sütunu, müəllimim, ustadım, muğam ifaçılığında çox böyük məktəbin yaradıcısı, yüzlərlə sənətkarları sənət dünyasına bəxş edən Arif Babayev... Ailəsinə, doğmalarına, yaxınlarına başsağlığı verirəm" sözləri ilə yad edib.
Əməkdar artist Aybəniz Haşımova isə onunla bağlı "Arif müəllim, sənətkarların ustadı, ürəklərin səsi idi... Bu gün qəlbimizdən bir parça qopdu. Ustad xanəndə, muğam sənətinin canlı məktəbi, yüzlərlə tələbənin müəllimi, minlərlə dinləyicinin qəlbində iz qoyan Arif Babayev haqq dünyasına qovuşdu. Səsi ilə bizə muğamın sirrini, öyrətdikləri ilə sənətə sədaqəti anlatdı. Ən çətin anlarımızda onun oxuduğu muğamlar könlümüzə şəfa, ruhumuza güc verdi. Bu gün isə o səs susdu... Segahın atası getdi, bülbül avazlı ustadımız getdi... Arif müəllim, ruhun şad olsun. Yolun rahat olsun ustad. Biz səni heç zaman unutmayacağıq" sözlərini qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.