AZ

Mask Respublikaçılara 45 milyon dollardan çox ianə edib

Amerikalı sahibkar İlon Mask 2025-ci ilin yanvar ayından ABŞ Konqresində Respublikaçıların təşəbbüslərini dəstəkləmək üçün 45 milyon dollardan çox ianə edib...

Poliqon Bloomberg-ə istinadən xəbər verir.

"Yeni ianələr Maskı yenidən ABŞ-ın ən böyük siyasi donorlarından birinə çevirdi. Onlar göstərir ki, dünyanın ən varlı adamı may ayında Qətər İqtisadi Forumunda siyasətə daha az pul xərcləyəcəyini desə də, hələ bu sahəni tərk etməyə hazır deyil", deyə nəşr qeyd edir.

Məqalədə bildirilir ki, Mask ABŞ prezidenti Donald Trampla ictimai mübahisəyə baxmayaraq, ABŞ Konqresində Respublikaçılara ianə edir.

Tramp Truth Social şəbəkəsində münaqişə səbəbindən milyarder İlon Maskın biznesini məhv etməyəcəyini bildirib.

Tramp və Mask arasında ictimai mübahisə iyunun 5-də baş verib. Sahibkar vətəndaşlar üçün vergi güzəştləri haqqında qanun layihəsini tənqid edib. Buna cavab olaraq Tramp büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələri üçün subsidiyaların və müqavilələrin ayrılmasını dayandırmağı təklif edib.

Poliqon.info

 

Seçilən
7
poliqon.info

1Mənbələr