AZ

Zelenski: Rusiyada rejim dəyişməlidir

Ukrayna prezidenti Vladimir Zelenski Helsinki Yekun Aktının ildönümü münasibətilə keçirilən Helsinki+50 Konfransında bəyanat verib.

Turkustan.az xəbər verir ki, Ukrayna lideri Rusiyanın real sərhədləri olmadan istədiyi yerə müdaxilə etmək istədiyini və bu vəziyyətin İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamının rədd edilməsi olduğunu bəyan edib.

Zelenski: “Əgər dünya Rusiyada rejim dəyişikliyi etməyi hədəfləmirsə, bu, müharibə bitsə belə, Moskvanın qonşularında sabitliyi pozmağa davam edəcəyi anlamına gəlir” deyərək, Rusiyada rejim dəyişikliyinə çağırıb.

Rusiyanın “döyüş maşını”nın dayandırılmasının lazım olduğunu deyən Zelenski Rusiyanın enerji gəlirlərinə işarə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr