“Fənərbağça” heyətini yeni futbolçuyla gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Milan Şkrinyarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Slovakiyalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Fənərbağça” 30 yaşlı oyunçu üçün Paris klubuna 7 milyon avro ödəyəcək.
Şkrinyar ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış edib. O, Super Liqada 16 oyunda 3 qol vurub.