AZ

İran Qərb dövlətlərinin ittihamlarını rədd edib

Rəsmi Tehran Qərb ölkələrinin İrana qarşı birgə bəyanatında irəli sürülən ittihamları rədd edib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik ABŞ və Fransa da daxil olmaqla 14 ölkənin iyulun 31-də birgə bəyanat yayaraq, Avropa və Şimali Amerikada İranın dəstəklədiyi təhdid və hərəkətlərini pisləyib.

ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, İspaniya və İsveç birgə bəyanat yayaraq, İran kəşfiyyat xidmətlərinin öz ərazilərində dövlət tərəfindən dəstəklənən təhdidlərinin sayının artmasını pisləyib.

Bildirilib ki, İslam Respublikasının məxfi xidmət orqanlarının Avropa və Şimali Amerikada insanları öldürmək, oğurlamaq və təqib etmək cəhdlərinə qarşı birləşirlər. Onlar İranın bu hərəkətini suverenliklərinin açıq şəkildə pozulması olaraq qiymətləndiriblər: “Bu təşkilatlar jurnalistləri, dissidentləri, yəhudi əsilli vətəndaşları təqib etmək üçün getdikcə daha çox beynəlxalq cinayət təşkilatları ilə əməkdaşlıq edir. Biz Avropa və Şimali Amerikadakı hazırkı və keçmiş İran rəsmilərini ərazimizdə bu cür cinayətlərə dərhal son qoymağa çağırırıq”.

Seçilən
5
1
report.az

2Mənbələr