AZ

Dövlət qiymətli kağızlarının həcmi 7,6 dəfə artıb

BAKI, 1 avqust. TELEQRAF

Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 7,6 dəfə artıb.

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi və xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində dövlət qiymətli kağızlarının həcmi əhəmiyyətli dərəcədə artıb.

Belə ki, 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi həcmi təqribən 7,6 dəfə artaraq 2025-ci il iyulun 1-nə 8 milyard 26,8 milyon manat səviyyəsinə çatıb.

Seçilən
78
teleqraf.com

1Mənbələr