AZ

ABŞ hökuməti Ukrayna üçün ballistik raketlər alacaq

Bakı. Trend:

ABŞ bir neçə ölkənin, o cümlədən Ukrayna ordusunun arsenalı üçün“AIM-120 Advanced Medium-Range Air-to-Air Missile” (AMRAAM)hava-hava tipli ballistik raketlərini sifariş edib.

Trend xəbər verirki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, “Raytheon” müdafiə şirkəti AMRAAM raketlərininistehsalı üçün ümumilikdə 3,5 milyard dollarlıq müqaviləimzalayıb.

AIM-120 Advanced Medium-Range Air-to-Air Missile (AMRAAM) –müasir, radarla idarə olunan, uzaq məsafəli hava-hava tipliraketdir və NATO-nun, həmçinin müttəfiq ölkələrin hava qüvvələrindəgeniş istifadə olunur.

Raket istənilən hava şəraitində, həm gündüz, həm də gecə düşməntəyyarələrini məhv etmək üçün nəzərdə tutulub. Raket aktiv radarbaşlığa, yüksək sürətə və dəqiq hədəfləmə imkanına malikdir ki, buda onu hava döyüşlərində son dərəcə effektiv edir. 1990-cı illərdənistismara verilən AMRAAM raketləri fasiləsiz olaraqtəkmilləşdirilir və onların uçuş məsafəsi və dəqiqliyiartırılır.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr