Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
Oxu.Az-ın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Toğrul Firuddin oğlu İbrahimli idarə etdiyi "Tufan M50" markalı, qeydiyyat nişanı olmayan mopedlə hava limanı istitqamətində hərəkət edərkən idarəetməni itirərək Zığ şossesində hərəkətsiz dayanmış, 1987-ci il təvəllüdlü Ələkbər Əlicəfər oğlu Quliyevin idarə etdiyi "Ford" markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info