AZ

Tramp xüsusi elçisini Rusiyaya göndərir

Tramp
Stiv Vitkoff

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfər edəcəyini bildirib.

Reyting.az
xəbər verir ki, o, bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı deyib.

Amerika prezidentinin qeyd etdiyi kimi, Vitkoff İsrailə səfərini başa vurduqdan sonra Rusiyaya gedəcək.

"O (Vitkoff- red.) Rusiyaya gedir, inanın ya da inanmayın", - Tramp Vitkoffun Yaxın Şərqə hazırkı səfəri ilə bağlı suala cavab verib.

Məlum olduğu kimi, bu həftənin əvvəlində Tramp bildirib ki, Moskva Ukraynada müharibənin dayandırılmasında irəliləyiş nümayiş etdirməsə, ABŞ 10 gün ərzində Rusiyaya qarşı tariflər və digər tədbirlər tətbiq etməyə başlayacaq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev buna cavabında deyib ki, Tramp “Rusiya ilə ultimatum oyunu oynayır”. ABŞ prezidenti isə cavab olaraq bildirib ki, Medvedev həddini aşır, o, sözlərinə diqqət yetirməlidir.

ELÇİN
Seçilən
1
17
reyting.az

10Mənbələr