AZ

Bakıda moped avtomobilə çırpılıb, ölən var

Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı polisi araşdırma aparır.

Seçilən
44
21
operativmm.az

10Mənbələr