AZ

Azərbaycanın xarici dövlət borcu azalıb

01 iyul 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5.010,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130.662,5 milyon manat (76.860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119,0 milyon ABŞ dolları və ya 2,4 faiz azalmışdır. 2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalmışdır.

Seçilən
51
3
teleqraf.com

1Mənbələr